İngiltərənin "Nottingem Forest" klubu heyətini yeni futbolçu ilə gücləndirib. Matc.az xəbər verir ki, uzun fasilədən sonra Premyer Liqada mübarizə aparacaq bu klub "Bernli"dən 35 yaşlı qapıçı Ueyn Hennesini transfer edib.
 
Bu barədə "Nottingem Forest"in rəsmi saytı məlumat yayıb. Uels yığmasının sabiq qapıçısı ilə 2 illik müqavilə imzalanıb.
 
Ueyn Hennesi peşəkar karyerasına İngiltərənin "Vulverhempton" klubunda başlayıb. O, karyerası ərzində "Bristol Siti", "Stokport Kaunti", "Yovil Taun", "Vulverhempton" və "Kristal Pelas"da da forma geyinib. ötən mövsümün əvvəlində "Bernli"yə transfer olunmuş təcrübəli futbolçu sözügedən komandada daha çox ehtiyatda qalıb. Hennesi Uels yığmasında 104 oyun keçirib.
 
"Nottingem Forest" öz futbolçularından Conatan Panzonu da "Koventri Siti"yə icarəyə verdiyini açıqlayıb. 21 yaşlı ingilis futbolçu qarşıdakı mövsümün sonunadək bu komandada icarədə oynayacaq. 
 
Yeri gəlmişkən, Ueyn Hennesini "Nottingem Forest"ə göndərən "Bernli" də Belçikanın "Anderlext" klubunun yarımmüdafiəçisi Coş Kalleni transfer edib. İrlandiya millisinin də üzvü olan 26 yaşlı futbolçu ilə 3 illik müqavilə imzalanıb. O, millidə 20 oyun keçirib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest