"Şaxtyor" (Donetsk) Rusiya ilə müharibə səbəbindən çempionlar Liqasının qrup mərhələsindəki ev oyunlarını Polşanın paytaxtı Varşavada keçirəcək. Matc.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb. Oyunların "Legiya"nın stadionunda oynanılacağı açıqlandıqdan sonra "Şaxtyor"un baş direktoru Sergey Palkin məsələyə münasibət bildirib. O, bu qərara təəssüflənib:
 
"çox təəssüf ki, "Şaxtyor"un çempionlar Liqasının qrup mərhələsinin oyunlarını Varşavada keçirməsi qərara alınıb. "Legiya" rəhbərliyinə təşəkkür etmək istəyirəm ki, klub bizə bu şəraiti yaratdı. Həqiqətən də, "Şaxtyor" və "Legiya" azarkeşlərinin, hazırda Varşavada və digər şəhərlərdə yaşayan polşalıların və ukraynalıların bizə dəstək olacağına ümid edirik. İnanırıq ki, "Legiya"nın təşkil etdiyi əla şərait və azarkeşlərin stadionda yaradacağı inanılmaz ab-hava "Şaxtyor"un çempionlar Liqasının bu mövsümündə uğurla çıxış etməsinə kömək edəcək".
 
Rusiya qoşunları fevralın 24-dən Ukraynaya hücuma keçiblər. Bu hücum bütün dünyada kəskin etirazlara səbəb olub. Bu hücumdan sonra Rusiyaya qarşı bir çox sanksiyalar tətbiq edilməyə başlanıb. Həmçinin, Rusiyanın və onun müttəfiqi olan Belarusun müxtəlif idman növləri üzrə komandaları da qadağalarla üzləşib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest