Futbol üzrə Danimarka millisinin üzvü Kristian Eriksenin "Mançester Yunayted"ə keçidi rəsmiləşib. Matc.az klubun saytına istinadən xəbər verir ki, 30 yaşlı yarımmüdafiəçi ilə 3 illik müqavilə imzalanıb.
 
O, yeni klubuna azad agent kimi keçib.
 
Qeyd edək ki, Eriksen bu ilin yanvar ayından "Brentford"da oynayırdı.
 
"Brentford" da heyətinə iki yeni futbolçu cəlb edib. Premyer Liqa təmsilçisi ukraynalı yarımmüdafiəçi Yeqor Yarmolyuk və albaniyalı qapıçı Tomas Strakoşanı transfer edib. Hər iki futbolçu ilə 3+1 illik müqavilə imzalanıb.
 
18 yaşlı Yarmolyuk Ukraynanın "Dnepr-1", 27 yaşlı Strakoşa isə İtaliyanın "Latsio" klubundan transfer olunub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest