Yeni mövsümə Türkiyədə hazırlaşan "Qəbələ" Bolu toplanışını davam etdirir. Matc.az xəbər verir ki, "qırmızı-qaralar" qonşu ölkədə təşkil olunan təlim-məşq prosesinin 12-ci gününü başa vurub. 
 
Komanda günü bir məşqlə yekunlaşdırıb. Baş məşqçi Elmar Baxşıyevin yetirmələrinin hazırlığı günün ikinci yarısına təsadüf edib. Məşq meydançada gerçəkləşib. Futbolçular toplu və topsuz çalışmaları yerinə yetiriblər. 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest