"Monako" heyətini yeni futbolçu ilə gücləndirib. Matc.az xəbər verir ki, Liqa 1 təmsilçisi Almaniyanın "Borussiya" (Mönhenqladbax) klubundan Bril Embolonu transfer edib.
 
Bu barədə klubun rəsmi saytı məlumat yayıb. 25 yaşlı futbolçu ilə 4 illik müqavilə imzalanıb.
 
Embolo 2019-cu ilin iyun ayından "Borussiya"nın formasını geyinirdi. Forvard Mönhenqladbax təmsilçisində keçirdiyi 3 mövsüm ərzində 106 matça çıxıb, 25 qol vurub. İsveçrə yığmasında oynamağa üstünlük verən Kamerun əsilli futbolçu, bu komandada 56 oyuna 9 qol vurub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest