"Lex"in baş məşqçisi Con van den Brom Çempionlar Liqasının I təsnifat mərhələsində "Qarabağ"a böyükhesablı məğlubiyyətdən sonra (1:5) komandasının durumunu dəyərləndirib

"Lex"in baş məşqçisi Con van den Brom çempionlar Liqasının I təsnifat mərhələsində "Qarabağ"a böyükhesablı məğlubiyyətdən sonra (1:5) komandasının durumunu dəyərləndirib. Matc.az saytı xəbər verir ki, niderlandlı mütəxəssis futbolçulara tez toparlanmağı tapşırdığını söyləyib:
 
"Qarabağ"la oyunda sonra dərhal Polşaya qayıtdıq və bir gün komandaya istirahət verdim. Ona görə ki, Bakıda baş verənləri hər kəs öz beynində düşünsün. Komandanın belə nəticəyə necə reaksiya verməsi məşqçi üçün həmişə maraqlıdı. Futbolçularda bəzi məyusluqlar gördüm. Biz hələ "Qarabağ"la oyunu təhlil etməliydik, amma gördüyüm kollektiv məni sevindirdi. Bakıdakı ağır məğlubiyyətdən sonra tez ayağa qalxmaq və lazımi reaksiyanı vermək lazımdı. Futbolçulara da bunu dedim".
 
Qeyd edək ki, "Lex" Poznanda "Qarabağ"a 1:0 hesabı ilə qalib gəlsə də, Bakıda darmadağına məruz qalaraq, Konfrans Liqasına düşüb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest