Rumıniyalı futbolçu Qabriel Simion karyerasını Azərbaycanda davam etdirmək arzusundadı. Matc.az saytı xəbər verir ki, ölkəsinin mətbuatına müsahibə verən 24 yaşlı yarımmüdafiəçi "Neftçi"nin formasını geyinmək istəyir.

Bu yay "Styaua" ilə müqaviləsi başa çatan və hazırda azad agent olan Simion keçmiş çalışdırıcısı olan "Neftçi"nin hazırkı baş məşqçisi Laurentsiu Regekampfdan dəvət gözlədiyini gizlətməyib:
 
"Peşəkar komandaya yüksəlişim Regekampfın dönəmində olub. O, karyerama böyük təsir etdi, əsasən də fiziki cəhətdən çox inkişaf etdim. Regekampf çox yaxşı məşqçidi. Lazım olanda ciddi davranır, lazım olanda zarafatlaşır. Onun komandası "Neftçi" Konfrans Liqasında ötən mövsüm icarə əsasında formasını geyindiyim "Aris"lə qarşılaşacaq. Məni Azərbaycana dəvət etsə, məmnuniyyətlə gedərəm. Niyə də olmasın? Regekampfla çoxdandı əlaqə saxlamıram, amma onun olduğu komandaya gedərəm".
 
Qeyd edək ki, 2016-2022-ci illərdə müqavilə ilə "Styaua"ya məxsus olan Qabriel Simion bu müddətdə bir neçə klubda icarə əsasında oynayıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest