"Rəqibin əks-hücumlara üstünlük verəcəyini bilirdik. Hətta qol da vura bilərdilər. Lakin bizim də imkanlarımız oldu. Bu gün iki xal itirdik. Hər oyuna 3 xal üçün çıxırıq. Rəqibin hansı pillədə qərarlaşmasının önəmi yoxdur. Motivasiyasız oynadığımızı deməzdim"

"çətin oyun olacağını əvvəlcədən bilirdik. İki fərqli hissə oldu. İlk yarıda rəqib üstün oyandı, fasilədən sonra vəziyyəti dəyişdik". Matc.az xəbər verir ki, bunu "Neftçi"nin baş məşqçisi Roberto Bordin Azərbaycan Premyer Liqasının XVII turunda "Zirə" ilə səfərdə qolsuz heç-heçədən sonra söyləyib.

54 yaşlı italiyalı mütəxəssis bildirib ki, iki xal itiriblər: "Rəqibin əks-hücumlara üstünlük verəcəyini bilirdik. Hətta qol da vura bilərdilər. Lakin bizim də imkanlarımız oldu. Bu gün iki xal itirdik. Hər oyuna 3 xal üçün çıxırıq. Rəqibin hansı pillədə qərarlaşmasının önəmi yoxdur. Motivasiyasız oynadığımızı deməzdim. Qol vurub, matçı bitirmək istəyirdik. Lakin alınmadı".

Bordinin sözlərinə görə, "Neftçi" sona qədər hücum futboluna üstünlük verib: "Səhvlər olanda, hamı günahı müdafiəçilərdə görür. Amma elə deyil. Əsas komanda oyunudu".

‌Baş məşqçi fevralın 17-də keçiriləcək "Qarabağ" - "Qəbələ" oyunu barədə də danışıb: "Onlar gördülər ki, xal itirdik. Buna görə motivasiyalı olacaqlar. Lakin matçın nəticəsinin necə olacağını bilmək olmaz".

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest