"çelsi" növbəti transferini gerçəkləşdirib. Matc.az London təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, "zadəganlar" İtaliya "Napoli"sindən Xalidu Kulibalini heyətinə qatıb.
 
31 yaşlı seneqallı müdafiəçi ilə 4 illik müqavilə imzalanıb.
 
Kulibali 2014-cü ildən "Napoli"nin formasını geyinirdi.
 
"çelsi" daha əvvəl "Mançester Siti"dən ayrılan Rahim Sterlinqi heyətinə qatmışdı.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest