Futbol üzrə Belçika yığmasının müdafiəçisi Tobi Alderveyreld Qətərin "Əl-Duhail" klubundan ayrılıb. Matc.az xəbər verir ki, 33 yaşlı futbolçu bundan sonrakı karyerasını öz ölkəsində davam etdirəcək.
 
Belə ki, təcrübəli müdafiəçi "Antverpen"lə anlaşıb. Tərəflər 3 illik müqaviləyə imza atıblar. Futbolçunun yeni komandasında 23 nömrəli formanı geyinəcəyi diqqətə çatdırılıb.
 
Alderveyreld 2021-ci ilin iyul ayından "Əl-Duhail"də forma geyinirdi. O, karyerası ərzində "Ayaks, "Atletiko" (Madrid), "Sauthempton" və "Tottenhem" komandalarında da forma geyinib. Belçika yığmasında 121 matça çıxmış müdafiəçi, 5 qol vurub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest