Latviyanın "Dauqavpils" klubu azərbaycanlı futbolçu Asim Əlizadə ilə vidalaşıb.

Latviyanın "Dauqavpils" klubu azərbaycanlı futbolçu Asim Əlizadə ilə vidalaşıb. Matc.az xəbər verir ki, bu barədə sözügedən klubun sosial media hesablarında məlumat paylaşılıb.
 
22 yaşlı yarımmüdafiəçi müqavilə ilə məxsus olduğu "Neftçi"yə qayıdıb.
 
Asim Əlizadə əsasən "ağ-qaralar"ın əvəzedici komandasında çıxış edib. Yarımmüdafiəçi martın 3-də Latviya təmsilçisinə icarəyə verilib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest