2022/23 mövsümü üçün transfer çalışmalarını davam etdirən "Sumqayıt" FK daha bir futbolçunu heyətinə cəlb edib. Matc.az xəbər verir ki, sözügedən klub Serbiya U-21 millisinin üzvü Damyan Daniçiçi transfer edib.
 
Xorvatiyanın "Dinamo" (Zaqreb) klubundan transfer olunmuş 22 yaşlı cinah müdafiəçisi ilə 3 illik müqavilə imzalanıb.
 
"Srvena Zvezda" klubunun yetirməsi olan Daniçiç karyerası ərzində, həmçinin Serbiyanın "Qrafiçar", "Vozdovats", Xorvatiyanın "İstra" və "Varazdin" klublarında çıxış edib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest