2022-2023-cü illər mövsümünə Türkiyədə hazırlaşan "Qəbələ" hazırlıq prosesini davam etdirir. Matc.az xəbər verir ki, "qırmızı-qaralar" Boluda təşkil olunan təlim-məşq toplanışının 13-cü gününü bir məşqlə yekunlaşdırıb. 
 
Baş məşqçi Elmar Baxşıyevin yetirmələri günün ikinci yarısında hazırlıq keçib. Məşq prosesi toplu və topsuz çalışmalardan ibarət olub. Hazırlıq ikitərəfli oyunla başa çatıb. 
 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest