Futbol üzrə Belçika Super Kubokunun qalibi müəyyənləşib. Matc.az xəbər verir ki, həlledici matçda son ölkə çempionu "Brügge" ilə kubokun qalibi "Gent" komandaları üz-üzə gəlib.
 
Qarşılaşmanın taleyini bir qol həll edib. "Brügge" 40-cı dəqiqədə Andres Olsenin vurduğu qol sayəsində meydanı 1:0 hesablı ilə tərk edib və növbəti titulunu qazanıb.
 
Beləliklə, bu klub tarixində 17-ci dəfə Super Kubokunu qazanıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest