Bu gün futbol üzrə Avropa Konfrans Liqasında 3-cü təsnifat mərhələsinin püşkü atılacaq. Matc.az xəbər verir ki, İsveçrənin Nyon şəhərində keçiriləcək mərasimdə Azərbaycan təmsilçilərinin də bu raunddakı potensial rəqibləri müəyyənləşəcək. Tədbir Bakı vaxtı ilə saat 16:00-da başlayacaq.
 
"Neftçi" 2-ci təsnifat mərhələsində Kipr "Aris"ini üstələyəcəyi təqdirdə, səpələnməmişlər səbətinə düşəcək. Bu halda "ağ-qaralar" aşağıdakı komandalarla qarşılaşa bilər:
 
Tvente (Niderland)
Molde (Norveç) - Elfsborq (İsveç) cütünün qalibi
Rapid (Vyana, Avstriya) - Lexiya (Qdansk, Polşa) cütünün qalibi
Hapoel (Beer-Şeva, İsrail) - Dinamo (Minsk, Belarus) cütünün qalibi
Levski (Sofiya, Bolqarıstan) - PAOK (Yunanıstan) cütünün qalibi
 
Azərbaycanın digər iki təmsilçisi isə hazırkı rəqiblərini keçməyi bacarsa, 3-cü raundda səpələnmişlər səbətində yer alacaq. "Zirə" İsrailin "Makkabi" (Tel-Əviv) komandası ilə görüşlərdən üstün ayrılsa, aşağıdakı cütlərdən birinin qalibi ilə üz-üzə gələcək:
 
Rujomberok (Slovakiya) – Riqa (Latviya) cütünün qalibi
Kızıl Jar (Qazaxıstan) - Osiyek (Xorvatiya) cütünün qalibi
Vikinqur (Farer adaları) - Dunayska Streda (Slovakiya) cütünün qalibi
Qzira Yunayted (Malta) - Radniçki" (Serbiya) cütünün qalibi
Qomel (Belarus) - Aris (Yunanıstan) cütünün qalibi
 
"Qəbələ" isə Macarıstanın "Fehervar" komandasını keçsə, 3-cü raundda bu potensial rəqiblərdən biri ilə qarşılaşmalı olacaq:
 
Panatinaikos (Yunanıstan)
Sepsi (Rumıniya) - Olimpiya (Lyublyana, Sloveniya) cütünün qalibi
Vlajniya (Albaniya) - Universitatya (Krayova, Rumıniya) cütünün qalibi
Koper (Sloveniya) - Vaduts (Lixtenşteyn) cütünün qalibi
Petrokub (Moldova) - Laçi (Albaniya) cütünün qalibi
 
3-cü təsnifat mərhələsinin matçları avqustun 4-ü və 11-də keçiriləcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest