"Roma"nın baş məşqçisi Joze Mourinyonun sosial şəbəkədə paylaşdığı şəkil böyük marağa səbəb olub. Matc.az xəbər verir ki, o, qoluna tatu vurdurub.
 
Tatuda çempionlar Liqası, Avropa Liqası və Konfrans Liqasının kubokları təsvir edilib. Mourinyo hər üç titulu qazanan yeganə məşqçidir. "Xüsusi" məsələyə belə münasibət bildirib:
 
"Bu, mənim tatumdur. Romalıların sevinci (Konfrans Liqasını qazandıqdan sonra) məni bunu etməyə sövq etdi. Sonra xüsusi bir şey haqqında düşündüm, Avropa yarışlarında qalib gəldiyim bütün klublar üçün şərəf olacaq bir şey.
 
Eyni zamanda, hələlik yalnız mənim edə biləcəyim unikal döymə istəyirdim… Mənə bəzi təkliflər göstərildi, sadəcə bəzi detalları dəyişdim. Budur mənim döyməm".
 
Mourinyo "Portu" və "İnter"lə çempionlar Liqasının, "Portu", "Mançester Yunayted"lə Avropa Liqasının, "Roma" ilə Konfrans Liqasının qalibi olub.
 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest