"Qarabağ"ın yeni transferi Julio Romao Portuqaliyanın "Santa Klara" klubu ilə vidalaşıb. Matc.az xəbər verir ki, Braziliyadan olan 24 yaşlı futbolçu sosial şəbəkə hesabında keçmiş komandası barədə bunları qeyd edib:
 
"Yeni hədəflər axtarmağın, yeni məqsədlərə çatmağın və yeni tarix yazmağın vaxtı gəldi. Komandadan başıdik və razı şəkildə ayrılıram. "Santa Klara"ya, bütün oyunçulara, məşqçi heyətinə, rəhbərliyə, klubun əməkdaşlarına və azarkeşlərinə çox təşəkkür edirəm. Həmişə yaddaşımda və ürəyimdə qalacaqsınız. Hər şey üçün təşəkkürlər".
 
Xatırladaq ki, Romao "Qarabağ"ın bu yay ikinci transferidir. O, 2020-ci ildən oynadığı "Santa Klara"dan ayrılaraq Ağdam klubu ilə 4 illik müqaviləyə imza atıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest