Region Liqası komandalarının I Divizionda çıxış edə bilməsi üçün meyarlar müəyyənləşdirilib. Matc.az xəbər verir ki, AFFA və Peşəkar Futbol Liqası siyahını İcraiyyə Komitəsinin iyulun 15-də qəbul etdiyi qərar əsasında tərtib edib.

Region Liqası komandalarının I Divizionda çıxış edə bilməsi üçün meyarlar müəyyənləşdirilib. Matc.az xəbər verir ki, AFFA və Peşəkar Futbol Liqası siyahını İcraiyyə Komitəsinin iyulun 15-də qəbul etdiyi qərar əsasında tərtib edib.
 
Meyarlar bunlardır:
 
1. Klubun Nizamnaməsi;
 
2. Dövlət Reyestrindən çıxarış;
 
3. Klubun strukturu;
 
4. Standartlara cavab verən meydança və stadion (əgər icarəyə götürələcəksə, stadionla klub arasında qüvvədə olan müqavilə);
 
5. VöEN;
 
6. Oyunlarda təhlükəsizliyin təminatı ilə bağlı müvafiq icra hakimiyyəti orqanından zəmanət məktubu;
 
7. Oyunlar zamanı Təcili Tibbi Yardımın təmin olunması ilə bağlı zəmanət məktubu;
 
8. Ən azı 2 dəst oyun formasının maketi;
 
9. Peşəkar Futbol Liqasının 2022/23-cü illər mövsümünün Əsasnaməsində qeyd olunan şəkildə baş məşqçi, məşqçi və inzibati-kadr struktrunun təqdimatı;
 
10. Maliyyə mənbəyi ilə bağlı müvafiq hüquqi sənədlər;
 
11. Region Liqasında ardıcıl 3 mövsüm iştirak.
 
Müvafiq klublar meyarlar üzrə sənərlərini 25 iyul saat 17:00-dək info@affa.az e-mail ünvanı vasitəsilə AFFA-ya təqdim etməlidirlər.
 
Qeyd edək ki, İcraiyyə Komitəsinin müvafiq qərarına əsasən, meyarlara tam cavab verən və müvafiq müraciəti ilk təqdim edən klubun 2022/2023 mövsümündə I Divizionda iştirakı təmin olunacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest