Topaz Premyer Liqasının XVII turunun "Neftçi" ilə oyunundan (0:0) sonra "Zirə"nin futbolçusu Bilal Həmdi jurnalistlərin suallarını cavablandırıb. Matc.az xəbər verir ki, legioner öncə qarşılaşma barədə fikirlərini açıqlayıb.

- Oyun intensiv şəraitdə keçdi. Hər iki komandanın yaxşı qol vəziyyətləri yarandı. Burdan da belə nəticəyə gəlmək olar ki, hər iki tərəf qalib gələ bilərdi. Amma qarşılaşma heç-heçə başa çatdı. Bu da normaldır.

- "Zirə" ilk yarıda daha yaxşı oynadı. Amma 10-15 dəqiqədən sonra geri çəkildi. Komandanın gücü tükəndi, yoxsa əks-hücum düşüncəsi ilə taktiki gediş idi?

- Bütün oyunda baş verənləri məşqlərdə işləyirik. Bu həftəki hazırlıqlarda sırf əks-hücumlarda oynamağın üzərində çalışmışdıq. 70-80 metrlik qısa məsafəli qaçışın özü də bəzən çətindir. "Neftçi" ikinci hissədə təzyiqi daha da artırdı. Biz isə eynilə müdafiədə olunub əks-hücum üçün şərait gözləyirdik. Bu imkanlar da müəyyən qədər yetişdi. Amma qol imkanlarından faydalana bilmədik.

- "Neftçi" tərəfi iddia edir ki, bu gün 2 xal itirib. Bəs siz necə düşünürsüz?

- Bu barədə xüsusi bir şey deyə bilmərəm. Hər kəsin öz fikri var. Onlar 2 xal itirdiklərini düşünürlərsə, onların fikrinə hörmətlə yanaşmaq lazımdır. Qol vəziyyətlərini nəzərə alsaq eyni şey bizim tərəfdən də deyilə bilər. Əgər onlar belə düşünürsə, bu da normaldır. çünki onlar turnir cədvəlinin 1-ci, biz sonuncu pilləsindəyik.

- "Neftçi" bundan əvvəl evdəki oyunda da "Zirə" yə qalib gələ bilməmişdi. Bunu nə ilə izah edə bilərsiz?

- Biz elə də pis komanda deyilik. Düşünürəm ki, gələcəkdə daha yaxşı olacaq. Sonuncu pillədə getməyə layiq komanda deyilik. çalışırıq ki, son pillələrdən qurtulaq. Düzdün yoldayıq.

- Bu gün çox fəal görünürdüz. Amma sanki hücumçular əməyinizi yerə vururdu...

- Düşünürəm ki, onlar da qol vurmaq istəyirdi. Meydanda olan, olmayan hər kəs komanda üçün çalışır. Mənim də qaçırdığım qol imkanlarım olub. Belə hal hər peşəkar futbolçunun başına gələ bilər. Bizim üçün əsas məqsəd daha çox çalışıb son pillələrdən qurtulmaqdır. İnanıram ki, buna nail olacağıq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest