Qazaxıstan "Kayrat"ının portuqaliyalı yarımmüdafiəçisi Rikardo Alves Təbrizin "Traktor" klubuna keçib. Matc.az xəbər verir ki, bu barədə Qazaxıstan klubunun mətbuat xidməti məlumat yayıb.
 
İyunun 20-də Kurban Berdıyev Cənubi Azərbaycanın "Traktor" komandasının "sükanı arxasına" keçib. Əvvəllər o, Qazaxıstan çempionatının bürünc mükafatını və ölkə kubokunu qazandığı "Kayrat"ın baş məşqçisi olub.
 
29 yaşlı Alves ötən mövsüm "Kayrat"ın heyətində bütün turnirlərdə 24 oyuna çıxıb, 2 qol vurub və 9 məhsuldar ötürmə verib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest