Bu gün futbol üzrə Avropa Konfrans Liqasında 3-cü təsnifat mərhələsinin püşkü atılıb. Matc.az xəbər verir ki, İsveçrənin Nyon şəhərində keçirilən mərasimdə Azərbaycan təmsilçilərinin də bu raunddakı potensial rəqibləri müəyyənləşib.
 
"Neftçi" 2-ci təsnifat mərhələsində Kipr "Aris"ini üstələyəcəyi təqdirdə, Rapid (Vyana, Avstriya) - Lexiya (Qdansk, Polşa) cütünün qalibi ilə üz-üzə gələcək. "Neftçi" – "Aris" cütünün qalibi növbəti mərhələdəki ilk oyunu evdə keçirəcək.
 
"Zirə" İsrailin "Makkabi" (Tel-Əviv) komandası ilə görüşlərdən üstün ayrılsa, "Qomel" (Belarus) – "Aris" (Yunanıstan) cütünün qalibini sınağa çəkəcək. "Zirə" - "Makkabi" cütünün qalibi növbəti mərhələdəki ilk oyunu evdə keçirməlidir.
 
"Qəbələ" isə Macarıstanın "Fehervar" komandasını keçsə, 3-cü raundda "Petrokub" (Moldova) – "Laçi" (Albaniya) cütünün qalibi ilə üz-üzə gələcək. "Qəbələ" - "Fehervar" cütünün qalibi də ilk oyunu evdə keçirməli olacaq.
 
3-cü təsnifat mərhələsinin matçları avqustun 4-ü və 11-də keçiriləcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest