"Qarabağ"ın "Lex"lə Poznandakı oyununu canlı izləmişdik. Cavab görüşünü də televiziya vasitəsilə izləmişdik". Matc.az xəbər verir ki,  bunu "Sürix"in baş məşqçisi Franko Foda çempionlar Liqasının II təsnifat mərhələsində "Qarabağ"la keçiriləcək oyunöncəsi mətbuat konfransında deyib.
 
İsveçrə klubunun almaniyalı yeni çalışdırıcısı sabah Tofiq Bəhramov adına Respublika Stadionunda baş tutacaq ilk qarşılaşma ilə bağlı düşüncələrini bölüşüb: "Qarabağ"ın "Lex" üzərində Bakıda 5:1 hesablı qələbəsi məni qorxutmur".
 
- Heyətinizdə nə kimi problemlər var?
- Dzemaili son görüşdə iştirak etməyib. Amma bizimlə Bakıya gəlib. Heyətdə heç bir problem yoxdur.
 
- "Yanq Boyz"a böyükhesablı məğlubiyyətin şokundan komandanız ayıla bilib?
- Komandada ab-hava yaxşıdır. "Yanq Boyz"la görüşdə hesab oyuna görə deyildi. Penaltidən istifadə edə bilmədik, hesabda önə keçə bilərdik. Həmin matçı artıq unutmuşuq. Tam olaraq "Qarabağ"la qarşılaşmaya köklənmişik.
 
- "Qarabağ"ın hansı üstün cəhətini qeyd edə bilərsiniz?
- "Qarabağ"ı təhlil etmişik. İrəlidə 3 futbolçu ilə oynayır, rəqibi çox pressinq edir. Hər bir komanda kimi, "Qarabağ"ın da problemləri var. Biz də çalışacağıq ki, müdafiədə sıxlıq yaradaq və əks-hücumlardan fərqlənək.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest