Avropa Konfrans Liqasının 2-ci təsnifat mərhələsində "Neftçi"nin rəqibi olan Kiprin "Aris" klubu heyətini yeni futbolçu ilə gücləndirib. Matc.az xəbər verir ki, Limassol təmsilçisi müdafiəçi Odera Ofornadunu transfer edib.
 
Bu barədə Kipr klubunun rəsmi saytı məlumat yayıb. Nigeriyadan olan 18 yaşlı futbolçu ilə 2+1 illik müqavilə imzalanıb.
 
"Neftçi" "Aris"lə ilk oyununu iyulun 21-də səfərdə, cavab görüşünü isə ayın 28-də Bakıda keçirəcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest