İtaliyanın "Milan" klubu müdafiəçisi Mattia Kaldaranı "Spetsiya"ya icarəyə verib. Matc.az xəbər verir ki, 28 yaşlı futbolçu satınalma şərti ilə icarəyə göndərilib.
 
Bu barədə sözügedən klublar rəsmi saytları vasitəsilə məlumat yayblar.
 
Kaldara 2018-ci ildə "Yuventus"dan transfer olunsa da, "Milan"ın əsas komandasında heç vaxt oynamayıb. Mərkəz müdafiəçisi "Spetsiya"dan öncə "Atalanta" və "Venesiya"da icarədə oynayıb. "Atalanta"nın yetirməsi olan futbolçu "Yuventus"a satılandan sonra da bir mövsüm Berqamo klubunda icarədə oynamışdı. İtaliyalı futbolçu "Trapani" və "çezena"nın da formasını geyinib. O, İtaliya yığmasında da 2 oyuna çıxıb.
 
"Spetsiya" Kaldara ilə yanaşı, daha iki futbolçunu heyətinə cəlb edib. A Seriyası təmsilçisi "Sampdoriya"dan yarımmüdafiəçi Albin Ekdalla "Cenoa"dan Laurens Serpeni transfer edib. Ekdalla 2, Serpe ilə 4 illik müqavilə imzalanıb.
 
Albin Ekdal 2018-ci ildən "Sampdoriya"da çıxış edirdi. O, daha öncə "Brommapoykarna", "Yuventus", "Syena", "Bolonya", "Kalyari" və "Hamburq"da da çıxış edib. 32 yaşlı yarımmüdafiəçi İsveç yığmasında 66 oyun keçirib.
 
Laurens Serpe isə "Cenoa"nın öz yetirməsidir. O, bu ilin əvvəlində "Krotone"yə icarəyə verilmişdi. 21 yaşlı mərkəz müdafiəçisi İtaliyanın aşağı yaş qrupu üzrə müxtəlif yığmalarında da forma geyinib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest