Yeni mövsümə Türkiyədə hazırlaşan "Qəbələ" təlim-məşq toplanışını davam etdirir. Matc.az xəbər verir ki, "qırmızı-qaralar" qonşu ölkənin Bolu şəhərində təşkil olunan hazırlıq prosesinin 15-ci gününü bir məşqlə yekunlaşdırıb.

Baş məşqçi Elmar Baxşıyevin yetirmələri günün ikinci yarısında hazırlıq keçib. Futbolçular toplu və topsuz çalışmaları icra ediblər.
 
"Qəbələ"nin üç futbolçusu hazırlıq prosesində iştirak etmir. Əməliyyat olunan Yaovi Akakpo zəruri müalicələri alır. Digər iki futbolçu - ürfan Abbasovla Gülağa Əsədov isə proqram üzrə bərpa prosesini davam etdirir. 
 
"Qəbələ" sabah səhər saatlarında baş tutacaq hazırlıq prosesi ilə Boludakı təlim-məşq toplanışını başa vuracaq. Ardınca komanda Avropa Konfrans Liqasının 2-ci təsnifat mərhələsinin "Fehervar"la ilk oyununun keçiriləcəyi Macarıstana yollanacaq. Bu görüş iyulun 21-də baş tutacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest