İsrailin "Makkabi" (Təl-Əviv) komandasının "Zirə"yə qarşı keçirəcəyi Avropa Konfrans Liqasının 2-ci təsnifat mərhələsinin oyunları üçün iştirak ərizəsi bəlli olub.

İsrailin "Makkabi" (Təl-Əviv) komandasının "Zirə"yə qarşı keçirəcəyi  Avropa Konfrans Liqasının 2-ci təsnifat mərhələsinin oyunları üçün iştirak ərizəsi bəlli olub. Matc.az Avropa futbol qurumunun rəsmi saytına istinadən xəbər verir ki, siyahıda 25 oyunçu yer alıb.
 
Heyətdə 2 qapıçı, 6 müdafiəçi, 13 yarımmüdafiəçi və 4 hücumçu var.
 
Qapıçılar: 1. Daniel Perets, 19. Daniel Tenenbaum;
 
Müdafiəçilər: 4. Enrix Saborit, 5. İdan Naşmias, 27. Ofir Davidzada, 28. Andre Geraldes, 30. Maor Kandil, 31. Şahar Piven;
 
Yarımmüdafiəçilər: 6. Dan Qleyzer, 10. Dan Biton, 11. Eylon Almoq, 14. Yoris van Overeem, 16. Qavriel Kaniçovski, 17. Brendli Kuvas, 18. Qiaqon Parfait, 21. Şeran Yeini, 22. Avi Rikan, 23. Eyal Qolasa, 26. Tamir Qlezer, 66. Nir Bitton, 77. Matan Hozez;
 
Hücumçular: 7. Eran Zahavi, 9. Stip Perika, 20. Osama Xalaila, 99. Corce Yovanoviç.
 
"Zirə"nin "Makkabi"yə qarşı ilk oyunu iyulun 21-də Bakıda, cavab görüşü bir həftə sonra İsraildə baş tutacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest