Macarıstanın "Fehervar" komandasının Avropa Konfrans Liqasının 2-ci təsnifat mərhələsində "Qəbələ"yə qarşı keçirəcəyi oyunlar üçün iştirak ərizəsi müəyyənləşib

Macarıstanın "Fehervar" komandasının Avropa Konfrans Liqasının 2-ci təsnifat mərhələsində "Qəbələ"yə qarşı keçirəcəyi oyunlar üçün iştirak ərizəsi müəyyənləşib. Matc.az Avropa futbol qurumunun rəsmi saytına istinadən xəbər verir ki, baş məşqçi Mixael Boris siyahıya 21 oyunçu daxil edib.
 
Heyətdə 2 qapıçı, 9 müdafiəçi, 6 yarımmüdafiəçi və 4 hücumçu yer alıb.
 
Qapıçılar: 1. Daniel Kovaç, 42. Emil Rokkov;
 
Müdafiəçilər: 4. Adrian Rus, 5. Attila Fiola, 11. Loik Neqo, 13. Artyom Şabanov, 22. Stopira, 26. Mixael Lüftner, 31. Nikola Serafimov, 55. Marsel Heyster, 65. Silvester Hanqya;
 
Yarımmüdafiəçilər: 6. Peter Pokornı, 8. Yevgeni Makarenko, 21. Ruben Pintu, 23. Pal Darda, 80. Boqdan Lednev, 94. Klaudiu Bumba;
 
Hücumçular: 7. İvan Petriak, 9. Budu Zivzivadze, 19. Kenan Kodro, 70. Funşo Bamqboye.
 
"Qəbələ"nin "Fehervar"la ilk oyunu iyulun 21-də Macarıstanda, cavab matçı isə iyulun 28-də evdə baş tutacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest