İngiltərədə qadın futbolçular arasında keçirilən Avropa çempionatında 1/4 finalçılar müəyyənləşib. Matc.az xəbər verir ki, cütlərin tərkibi qrup mərhələsinin yekununda bəlli olub.
 
Beləliklə, 20-23 iyulda İngiltərə - İspaniya, İsveç - Belçika, Almaniya - Avstriya və Fransa - Niderland görüşləri keçiriləcək.
 
Avropa çempionatı iyulun 31-dək davam edəcək. Final görüşü Londondakı "Uembli" stadionunda baş tutacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest