İngiltərənin "Napoli" klubu heyətini yeni futbolçu ilə gücləndirib. Matc.az xəbər verir ki, A Seriyası təmsilçisi İngiltərənin "Brayton" klubunun müdafiəçisi Leo Estiqoru transfer edib.
 
Bu barədə İtaliya klubunun rəsmi saytı məlumat yayıb. Norveçli futbolçu ilə 4 illik müqavilə imzalanıb.
 
Bu transfer İtaliya klubuna 5 milyon avroya başa gəlib. Bonuslarla bu məbləğin 8 milyona qədər artması mümkündür.
 
Leo Estiqor 2018-ci ildə "Molde"dən "Brayton"a transfer olunmuşdu. Lakin 22 yaşlı futbolçu Premyer Liqa təmsilçisinin əsas komandasında bir oyun belə keçirməyib. Bu üzdən də o, "Sankt Pauli", "Koventri Siti", "Stok Siti" kimi klublara icarəyə verilib. Bu ilin əvvəlində isə İtaliyanın "Cenoa" klubu müdafiəçini yarım mövsümlük icarəyə götürmüşdü.
 
Norveçli futbolçu bu ilin martında ölkəsinin milli komandasında debüt edib. O, Norveç yığmasında 5 oyun keçirib.
 
Yeri gəlmişkən, "Brayton" irlandiyalı hücumçusu Aron Konnollini də İtaliyanın digər klubu "Venesiya"ya icarəyə verib. 22 yaşlı forvard qarşıdakı mövsümün sonuna qədər bu klubun uğurları üçün çalışacaq. 2016-cı ildən "Brayton"da olan futbolçu, bu komandada 52 oyuna 8 qol vurub. İrlandiya millisində 8 oyun keçirmiş futbolçu, 2019-cu ildə "Luton Taun"da, bu ilin əvvəlində isə "Midlsbro"da icarədə oynayıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest