Türkiyə millisinin sabiq futbolçusu Mehmet Topal karyerasını başa vurub. Matc.az xəbər verir ki, yarımmüdafiəçi 36 yaşında futbolla vidalaşdığını açıqlayıb.
 
Peşəkar karyerasına "Dardanelspor"da başlamış Mehmet Topal ölkəsində "Qalatasaray", "Fənərbaxça", "Başakşəhər" və "Beşiktaş"ın, İspaniyada isə "Valensiya"nın formasını geyinib. 2008-ci ildə Türkiyə yığması ilə Avropa çempionatında bürünc medal qazanan oyunçu "Beşiktaş"dan başqa digər İstanbul təmsilçiləri ilə ölkə çempionu olub. O, Türkiyə millisində 81 oyun keçirib, 2 qol vurub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest