UEFA çempionlar Liqasının 2-ci təsnifat mərhələsində "Qarabağ"la "Sürix" (İsveçrə) arasında keçiriləcək ilk oyundan sonra mətbuat konfransına giriş üçün maska tələbi qoyulub. Matc.az "Qarabağ"ın rəsmi səhifəsinə istinadən xəbər verir ki, UEFA-nın tələbinə əsasən, matçdan sonra keçiriləcək mətbuat konfransında iştirak edəcək media nümayəndələrinin FFP-2 tipli (N95) maskalardan istifadə etmələri məcburidir.
 
Bu gün Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək oyun saat 20:00-da başlayacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest