Bu gün Avropa Konfrans Liqasında II təsnifat mərhələsinə start verilib. Matc.az xəbər verir ki, ilk oyun günündə üç qarşılaşma baş tutub.

"Hibernians", "Tirana" və "La Fiorita" doğma azarkeşləri önündə mübarizə aparıb. "Hibernians" "Levadiya"nı məğlub yola salıbsa, tiranalılar öz meydanlarında "Zrinski"yə minimal hesabla uduzublar. "La Fiorita" da Kosovo təmsilçisi ilə oyunda darmadağına üzülüb.

Mərhələnin digər oyunları iyulun 20-21-də keçiriləcək. Cavab matçları isə ayın 26-28-i aralığında olacaq.

Avropa Konfrans Liqası
II təsnifat mərhələsinin ilk oyunları
19 iyul

Hibernians (Malta) – Levadiya (Estoniya) 3:2

Tirana (Albaniya) – Zrinski (Bosniya və Herseqovina) 0:1

La Fiorita (San-Marino) – Ballkani (Kosovo) 0:4

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest