"Neftçi" Futbol Akademiyasına yeni təyinat olub. Matc.az xəbər verir ki, türkiyəli Cemal Bülbül akademiyanın direktoru vəzifəsinə təyin olunub.

"Neftçi" Futbol Akademiyasına yeni təyinat olub. Matc.az xəbər verir ki, türkiyəli Cemal Bülbül akademiyanın direktoru vəzifəsinə təyin olunub. 35 yaşlı mütəxəssislə 2 illik müqavilə bağlanıb. Bu barədə klubun rəsmi saytı məlumat yayıb.
 
"Karşıyaka" (2009-2010) və "Vestel Manisa" (2011-2012) klublarında baş məşqçinin yanında təcrübəçi kimi çalışmış Cemal Bülbül "Altınordu" akademiyasında performans və təhlil məşqçisi (2013-2017), "Göztəpə" akademiyasının direktoru (2017-2020) və bu klubun Matç və performans təhlili və skautluq departamentində (2020-2022) işləyib. 2015-ci ilin dekabrından Türkiyə Futbol Federasiyasında matç və performans təhlili, matç təhlili və skautinq təlimçisi kimi çalışır. UEFA-nın "A" kateqoriyalı məşqçilik lisenziyasına malikdir.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest