Avropa Konfrans Liqasının 2-ci təsnifat mərhələsində "Neftçi"nin rəqibi olan Kiprin "Aris" klubu futbolçusu Stiv Yaqo ilə müqavilənin müddətini uzadıb. Matc.az xəbər verir ki, bu barədə Limassol təmsilçisinin rəsmi saytı məlumat yayıb.
 
30 yaşlı müdafiəçinin yeni sözləşməsi 2024-cü ilin yayınadək nəzərdə tutulub. Fransalı oyunçu 2021-ci ildən "Aris"in formasını geyinir.
 
"Neftçi"nin "Aris"lə ilk oyunu iyulun 21-də Kiprdə, cavab görüşü isə iyulun 28-də Bakıda baş tutacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest