İngiltərənin "Tottenhem" klubu heyətini yeni futbolçu ilə gücləndirib. Matc.az xəbər verir ki, London təmsilçisi "Midlsbro"nun müdafiəçisi Djed Spensi transfer edib.
 
Bu barədə klubun rəsmi saytı məlumat yayıb. İngiltərədən olan 21 yaşlı futbolçu ilə 5 illik müqavilə imzalanıb.
 
"Fulhem"in yetirməsi olan Djed Spens, 2018-ci ildən "Midlsbro"da çıxış edirdi. O, bu komandanın heyətində meydana çıxdığı 70 oyunda 2 qol vurub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest