"Neftçi" Konfrans Liqasının 2-ci təsnifat mərhələsində qarşılaşacağı "Aris" (Limassol) klubu ilə ilk oyunun hazırlığını davam etdirir.

"Neftçi" Konfrans Liqasının 2-ci təsnifat mərhələsində qarşılaşacağı "Aris" (Limassol) klubu ilə ilk oyunun hazırlığını davam etdirir. Matc.az xəbər verir ki, Türkiyə toplanışından qayıdandan sonra bir günlük fasiləyə buraxılan komandanın üzvləri iyulun 17-də məşqlərə başlayıb.
 
Bu gün "Türk Hava Yolları Futbol Mərkəzi"ndə baş tutan hazırlıq prosesində əsasən toplu çalışmalar icra olunub.
 
Sabah səhər Kiprə yola düşəcək "ağ-qaralar"ın oyunöncəsi son məşqi Bakı vaxtı ilə saat 21:30-da Limassol şəhərindəki "AEK Arena"da baş tutacaq və media nümayəndələri üçün açıq (ilk 15 dəqiqəsi) olacaq. Məşqdən əvvəl – saat 21:00-da isə baş məşqçi Laurentsiu Regekampf və serbiyalı futbolçu Voyislav Stankoviçin iştirakı ilə mətbuat konfransı təşkil olunacaq.
 
İyulun 21-də "AEK Arena"da keçiriləcək "Aris" – "Neftçi" matçına Bakı vaxtı ilə saat 21:30-da start veriləcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest