İspaniyanın "Atletiko" komandasının ev oyunlarını keçirdiyi stadionunun adı dəyişdirilib. Matc.az xəbər verir ki , əvvəllər "Wanda Metropolitano" kimi tanınan arena yeni sponsorun şərəfinə "Civitas Metropolitano" adlandırılıb.
 
Bu barədə Madrid təmsilçisinin mətbuat xidməti məlumat yayıb. Belə ki, "Wanda Group" ilə müqavilə ötən mövsümün sonunda başa çatıb. Bu üzdən də Madrid təmsilçisinin yeni tərəfdaşı "Civitas Pacensis" adlı daşınmaz əmlak agentliyi olub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest