"Biz meydanda daha yaxşı olduğumuzu sübut etməliyik. Çətin, gərgin oyunlar gözləyirəm, ancaq ürəyimin dərinliyində əminlik var ki, biz yolumuza davam edəcəyik"

"Qəbələ"nin UEFA Konfrans Liqasının II təsnifat mərhələsindəki rəqibi "Fehervar"ın qapıçısı Daniel Kovaç qarşıdakı oyunla bağlı fikirlərini bildirib. Matc.az xəbər verir ki, 28 yaşlı qolkiper növbəti mərhələyə yüksəlməyə borclu olduqlarını deyib:

"Oyuna vaxt azaldıqca rəqibi daha yaxından təhlil edirik. Heyətimizin ümumi dəyərinin "Qəbələ"dən 3 dəfə artıq olması faktına fikir versək, deməliyəm ki, növbəti mərhələyə keçməyə məcburuq. Lakin rəqəmlər özlüyündə elə də vacib deyil. Biz meydanda daha yaxşı olduğumuzu sübut etməliyik. çətin, gərgin oyunlar gözləyirəm, ancaq ürəyimin dərinliyində əminlik var ki, biz yolumuza davam edəcəyik. Əlbəttə, bazar ertəsi püşkatmanı diqqətlə izlədik. Bilirik ki, növbəti mərhələdə Moldova və ya Albaniyaya gedə bilərik. Nə "Petrokub" (Moldova), nə də "Laçi" (Albaniya) heç də ən çətin rəqiblərdən hesab olunmurlar. Ancaq onları məğlub etmək üçün hələ ora gedib çatmaq gərəkir".

Xatırladaq ki, "Qəbələ" ilə "Fehervar" arasında ilk oyun iyulun 21-də saat 21:00-da Macarıstanda keçiriləcək.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest