İsveçrə çempionu "Sürix" Bakıya səfər formalarını gətirə bilməyib. Matc.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
 
Məlumatda bildirilir ki, UEFA çempionlar Liqasının 2-ci təsnifat mərhələsinin ilk görüşündə "Qarabağ"la oyunda geyinilən formalar satılmır.
 
Klub səfər formalarının çatdırılması ilə bağlı problem yaşadığından, xüsusi qara formalardan istifadə etməli olub. O da vurğulanıb ki, komandanın yeni mövsüm üçün ev və səfər formaları iyulun sonlarında fan-maqazində və həmçinin onlayn şəkildə satışa çıxarılacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest