Futbol üzrə Polşa milli komandasının hücumçusu Robert Levandovskinin İspaniyanın "Barselona" klubuna keçidi tam rəsmiləşib. Matc.az xəbər verir ki, Almaniyanın "Bayern" klubundan transfer olunmuş 33 yaşlı futbolçu tibbi müayinələrdən uğurla keçdikdən sonra 4 illik müqaviləyə imza atıb.
 
"Barselona" Levandovskinin transferi üçün "Bayern"ə 45 milyon avro ödəyəcəyini açıqlayıb. Müqavilədə əlavə 5 milyonluq bonuslar da nəzərdə tutulub. Kataloniya klubu yeni transferinə qiymət də qoyub. Polşalı hücumçunu heyətində görmək istəyən bunun üçün "Barsa"ya 500 milyon avro ödəməlidir.
 
Levandovski 2014-cü ilin yanvarından "Bayern"də çıxış edirdi. Polşalı hücumçu bu komandanın heyətində meydana çıxdığı 375 matçda 344 qola imza atıb, 72 məhsuldar ötürmə edib. 
 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest