Yeni mövsümə Bolqarıstanda hazırlaşan "Sabah" bu gün ölkə xaricindəki ilk yoxlama görüşünü keçirəcək. Matc.az xəbər verir ki, Murad Musayevin komandası İsrailin "Hapoel" (Hadera) klubu ilə qarşılaşacaq.
 
Sofiya şəhərində keçiriləcək matç Bakı vaxtilə 19:30-da başlayacaq.
 
Xatırladaq ki, "Sabah" Bakıdakı yoxlama oyunlarında "Sumqayıt"a 1:2 uduzub, "Səbail"ə 3:1 qalib gəlib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest