Macarıstanın "Fehervar" komandasınn baş məşqçisi Mixael Boris Avropa Konfrans Liqasının 2-ci təsnifat mərhələsi çərçivəsində "Qəbələ"yə qarşı keçirəcəkləri ilk oyundan öncə fikirlərini bölüşüb.

Macarıstanın "Fehervar" komandasınn baş məşqçisi Mixael Boris Avropa Konfrans Liqasının 2-ci təsnifat mərhələsi çərçivəsində "Qəbələ"yə qarşı keçirəcəkləri ilk oyundan öncə fikirlərini bölüşüb. Matc.az xəbər verir ki, o, bu gün baş tutan mətbuat konfransında bunları söyləyib:
 
"Sabah yeni mövsümdə ilk rəsmi matçımızı keçirəcəyik. Görüşə ciddi hazırlaşmışıq. "Qəbələ"nin yoxlama matçlarını yaxından izləmişik. Məşqçilərimizi rəqibin oyunlarına göndərmişdik. Daha bir neçə iclasımız oldu. Orada Azərbaycan təmsilçisinin necə oynadığını, nəyə qadir olduğunu müzakirə etdik. ümumiyyətlə, "Qəbələ" fiziki cəhətdən çox güclü komandadır. Bu oyuna tam hazır olmaq üçün təlim-məşq toplanışında hər şeyi etmişik".
 
Almaniyadan olan 47 yaşlı baş məşqçi sabahkı qarşılaşma üçün start "11-liy"ini demək olar ki, müəyyənləşdirdiyini söyləyib: "Start heyətində əsasən Türkiyə "Qalatasaray"ına qarşı yoxlama matçınının ilk hissəsində meydana çıxmış futbolçulara şans verəcəyəm. Amma 2-3 dəyişiklik olacağını da istisna etmirəm".
 
Sabah "Mol Arena"da keçiriləcək "Fehervar" - "Qəbələ" matçına Bakı vaxtı ilə saat 21:00-da start veriləcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest