2022/23 mövsümünə hazırlığını Ankaranın Qızılcahamam bölgəsində davam etdirən "Sumqayıt" qardaş ölkədə ilk yoxlama oyununu keçirib. Matc.az xəbər verir ki, Aleksey Baqanın yetirmələri Türkiyə 1-ci Liqa təmsilçisi "Bandırmaspor"la üz-üzə gəlib.
 
Boluda baş tutan qarşılaşmanın ilk hissəsində qapılara qol vurulmayıb. İkinci hissədə isə komandalar hərəyə 2 dəfə fərqləniblər. Yekunda matç 2:2 hesabıyla başa çatıb. "Sumqayıt"ın qollarını 58-ci dəqiqədə komandada yoxlanışda olan toqolu futbolçu Ouro-Nile Ture və 90-cı dəqiqədə Rüfət Abdullazadə rəqib qapısından keçirib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest