İsrailin "Makkabi" (Təl-Əviv) komandasının müdafiəçisi Şeran Yeini Avropa Konfrans Liqasının 2-ci təsnifat mərhələsi çərçivəsində "Zirə"yə qarşı keçirəcəkləri ilk oyundan öncə fikirlərini bölüşüb. Matc.az xəbər verir ki, o, bu gün Bakıda baş tutan mətbuat konfransında bunları söyləyib:
 
"üçüncü dəfədir Azərbaycana gəlirəm. Əvvəlki görüşlərimizdə 0:0 və 1:1 hesabı qeydə alınmışdı. çalışacağıq ki, ən yaxşı oyunumuzu nümayiş etdirək".
 
Sabah "Dalğa Arena"da baş tutacaq "Zirə" – "Makkabi" matçına saat 20:00-da start veriləcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest