çempionlar Liqasının 1/8 final mərhələsinin ilk oyunları çərçivəsində keçiriləcək "Lion" – "Barselona" və "Liverpul" – "Bavariya" matçlarının hakimləri açıqlanıb. Matc.az saytının məlumatına görə, UEFA Fransadakı qarşılaşmaya türkiyəli, İngiltərədəki oyuna isə italiyalı hakimlər təyin edib.

"Lion" – "Barselona" qarşılaşmasının baş hakimi Cüneyt çakır olacaq. Ona yan xətdə Bahattin Duran və Tarık Ongün yardım edəcəklər. Dördüncü hakim kimi Halis özkahya təyinat alıb.

"Liverpul" – "Bavariya" görüşünün əsas söz sahibi Canluka Rokki olacaq. Laynsman kimi Filipo Melli və Matteo Passeri "bayraq yelləyəclər". Dördüncü hakim isə Paolo Valeridir.

Qeyd edək ki, sözügedən görüşlər fevralın 19-dan 20-nə keçən gecə saat 00:00-da start götürəcək.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest