Kiprin "Aris" (Limassol) komandasının baş məşqçisi Aleksey Şpilevski Avropa Konfrans Liqasının 2-ci təsnifat mərhələsi çərçivəsində "Neftçi"yə qarşı keçirdikləri ilk oyunu şərh edib.

Kiprin "Aris" (Limassol) komandasının baş məşqçisi Aleksey Şpilevski Avropa Konfrans Liqasının 2-ci təsnifat mərhələsi çərçivəsində "Neftçi"yə qarşı keçirdikləri ilk oyunu şərh edib. Matc.az xəbər verir ki, o, 2:0 hesabı ilə qalib gəldikləri oyundan sonra baş tutan mətbuat konfransında bunları söyləyib:
 
"Layiqli qələbə qazandıq. Dəstəyə görə azarkeşlərə təşəkkür edirəm. Matçın əvvəlində işlərimiz yaxşı alınmadı. Lazım olan təzyiqi göstərə bilmədik. Rəqibin qarşısını məharətlə aldıq və "Neftçi"nin planlarını pozduq. Bu matçda daha çox qol vura bilərdik. 
 
Artıq Bakıdakı cavab matçına hazırlaşacağıq. Mən bu şəhəri görmək istəyirəm. Oranın çox gözəl olmasından xəbərdaram".
 
"Aris"lə "Neftçi" arasındakı cavab matçı bir həftə sonra Bakıda baş tutacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest