"Matçın gedişində söyüşə qətiyyən yol vermək olmaz. Şəhriyarla Təmkin ilk dəqiqədən baş-başa gəldi. Belə məqamda diqqətli olmaq lazımdı. İradlarımızı futbolçulara bildirdik. Mentalitetimiz buna imkan vermir".

"Futbolçularımı təbrik edirəm. İki fərqli hissə izlədik". Matc.az saytının məlumatına görə, bu sözləri "Səbail"in baş məşqçisi Aftandil Hacıyev deyib.

Topaz Premyer Liqasının XVII turunda "Sabah"la qarşılaşan "dəzniçilər" 1:0 hesablı qələbəyə sevinib.

Oyundan sonra matçla bağlı fikirlərini bölüşən Hacıyev fikirlərini belə ifadə edib: "İlk 10 dəqiqəni yaxşı keçirdik. Sonra boşluqlar verməyə başladıq, amma rəqib istifadə edə bilmədi. Fasilədə müəyyən tapşırıqlarımızı qeyd etdik, oyunçular boşluqları aradan qaldırdı. Rəqib turnir cədvəlində yaxın idi. Ona görə vacib qarşılaşma hesab olunurdu. Onların da təhlükəli epizpdları bundan qaynaqlanırdı. Fəhmin hücum etməyi xoşlayır. Jarjue də hücuma çox aludə olurdu. Nəticədə həmin cinahda boşluqlar yaranırdı. Onlara diqqətli olmağı tapşırdıq"

Məşqçi oyun zamanı yaşanan insidentə də münasibət bildirib: "Matçın gedişində söyüşə qətiyyən yol vermək olmaz. Şəhriyarla Təmkin ilk dəqiqədən baş-başa gəldi. Belə məqamda diqqətli olmaq lazımdı. İradlarımızı futbolçulara bildirdik. Mentalitetimiz buna imkan vermir".

Hacıyev bəzi oyunçuların fərdi çıxışlarının onu qane etmədiyini də vurğulayıb: "Hücumda Okenin aktiv olmasını istədik. Bunadan sonra dəyişiklik yarandı. Birinci hissədə də yaxşı məqamlar oldu. İrriberi hələ tam hazır deyil. Uyğunlaşma prosesi gedir. Rusan Qurbanov isə zədəlidi. Oke daha hazır olduğuna görə hücumda yer aldı. Bizim üçün hər oyun çətin olur. Premyer liqa mənim üçün də yeni həyəcandı. Fərqli təcrübədi. Futbolçu kimi yaşasam da, baş məşqçi kimi ilk ilimdi. Sonrakı turlarda necə olacaq, bilmirik. Zaman göstərəcək. Son 3 turda 2 qələbəmiz var. Davamını gətirmək istəyirik. Birinci hissədə futboçularda həyəcan var idi. Sonra axını dəyişə bildik. Komandamdan razı qaldım. Amma bəzi diqqətsizlik olur ki, bu, narahat edir".

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest