AFFA-nın Lisenziyalaşdırma Qrupunun rəhbəri Elçin Məmmədov 20-21 iyul tarixlərində UEFA-nın matç direktoru qismində, Qazaxıstanın Kostanay şəhərində səfərdə olub.

AFFA-nın Lisenziyalaşdırma Qrupunun rəhbəri Elçin Məmmədov 20-21 iyul tarixlərində UEFA-nın matç direktoru qismində, Qazaxıstanın Kostanay şəhərində səfərdə olub. Matc.az xəbər verir ki, UEFA tərəfindən ezam olunan Məmmədov səfər çərçivəsində ötən mövsüm Qazaxıstan çempionu olmuş "Tobol" klubunun ev oyunlarını keçirdiyi "Tsentralnıy" stadionunun 2022/23-cü illər mövsümünə UEFA yarışlarına hazırlıq səviyyəsi ilə tanış olub.
 
Həmçinin, Avropa Konfrans Liqası yarışları çərçivəsində 21 iyul tarixində stadionda keçirilmiş matç zamanı ("Tobol" – "Linkoln") təşkilatı məsələlər və oyun günü əməliyyatları ilə tanış olub. Səfər zamanı, həm də, klubun nümayəndələri ilə görüşdə yeni mövsümdə tətbiq olunacaq qaydalarda ötən mövsümə nisbətən baş vermiş dəyişikliklər müzakirə olunub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest