Türkiyənin paytaxtı Ankarada təlim-məşq toplanışında olan "Sumqayıt" baxışa yeni futbolçu çağırıb. Matc.az xəbər verir ki, panamalı Omar Valensiya "gənclik şəhəri" təmsilçisinin düşərgəsində yoxlanışdadır.
 
20 yaşlı müdafiəçi bir həftə Premyer Liqa klubunun heyətində məşq etdikdən sonra onunla bağlı qərar veriləcək.
 
Omar Valensiya son olaraq ölkəsində "Plasa Amador"un formasını geyinib. "Sumqayıt" hazırlıq prosesindəki ilk matçında "Bandırmaspor"la 2:2 hesablı heç-heçə edib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest