Futbolun İnkişaf Fondu və "Turan Tovuz" klubu məhdud sayda mövsümi biletləri satışa çıxarıb. Matc.az xəbər verir ki, bu barədə Tovuz təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
 
Xəbərdə bildirilir ki, 2022/2023 mövsümü üçün nəzərdə tutulan 500 biletin birinin qiyməti 59 manatdır.
 
Biletləri əldə edən fanatlar Tovuz şəhər stadionunda komandanın bütün ev oyunlarını (Azərbaycan Premyer Liqası, Azərbaycan Kuboku, yoldaşlıq oyunları) izləyə biləcək.
 
Mövsümi bilet əldə edən şəxsə klubun atributları da təqdim olunacaq.
 
Klubun mətbuat katibi Süleyman Tağıyev komandaya dəstək olmaq üçün azarkeşlərə çağırış edib: "9 illik Premyer Liqa həsrətimiz sona çatır. Klub olaraq azarkeşlərimizin bunu necə həsrətlə gözlədiyini yaxşı bilirik. Məlumdur ki, azarkeşlərimiz daim bizim yanımızda olublar, pis gündə də yaxşı gündə də həm maddi, həm də mənəvi dəstəklərini əsirgəməyiblər. İndiki halda komandaya mənəvi dəstəklə yanaşı maddi dəstək də lazımdır. İlk layihə olan mövsümü bilet satışına start veririk. 59 AZN təşkil edən mövsümi bilet əldə edənlərə xüsusi hədiyyələr də təqdim olunacaq. Bütün azarkeşlərimizi bu kampaniyada fəal iştirak etməyə çağırıram. Komandamıza dəstək olaq,  yeni tarixi birlikdə yazaq".

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest